Ağdam rayon Mərkəzləşdirilmiş kitabxana

Ağdam rayon MKS
Tədbirlər
7 Noyabr , 2017

06.11.2017-ci il tarixdə Ağdam rayon Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında  18 saylı köçkün tam orta məktəbin müəllim və  şagird  kollektivi ilə birlikdə gənclərin vətənpərvərlik tərbiyyəsi  mövzusunda tədbir keçirilmişdir.

İntelektli , vətənpərvər və geniş dünyagörüşə  malik  gənc nəslin  yetişdirilməsi  hər bir ölkənin gələcək inkişafı üçün vacib şərtdir. Təsadüfi deyil ki,  bu gün ölkəmizdə  gənclər siyasəti  dövlət siyasətinin  mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi  ictimai həyatın  bütün  sektorlarında  aktiv fəaliyyəti ilə seçilir . İqtisadi , hümanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

   Bu gün biz gənclərimizi hərbi vətənpərvərlik ruhunda  tərbiyyə etmək üçün qüvvə və bacarığımızı səfərbər edərək Azərbaycan müstəqilliyi , suverenliyi , ərazi bütövlüyü uğrunda igidlik və qəhrəmanlıq göstərərək canlarından keçmiş igid oğullarımızın həyat və döyüş yolundan bəhs edən materialların təbliğinə geniş yer verməliyik. Ümumiyyətlə   Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan ərazilərinə təcavüzü  və Qarabağ hadisələri  haqqında materiallar müntəzəm olaraq oxucular arasında geniş təbliğ edilməlidir.

Foto Qalereya