Ağdam rayon Mərkəzləşdirilmiş kitabxana

Ağdam rayon MKS
Tədbirlər
29 Dekabr , 2017

29 dekabr 2017- ci il tarixdə Ağdam rayon MKS-də və 19 saylı Üçoğlan, 38 saylı Mərzili, 2 saylı  I Quzanlı, 40 saylı Əlimədətli, 33 saylı Zəngişalı kənd kitabxana filiallarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə  tədbir keçirilmişdir. Tədbiri MKS-nin direktoru Sevda Hüseynova açaraq  tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik etmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışmışdır. Bildirmişdir  ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.

Foto Qalereya